Lekler: Fiziki hazırlıqda boşluqlar var, məşq etmək lazımdır

Bir neçə gün əvvəl Şarl Lekler Fransanın paytaxtına, daha dəqiq desək, Accor Arena idman-konsert kompleksinin yerləşdiyi Parisətrafı Bersidə NBA-də oynayan Amerikanın “Çikaqo Bullz” və “Detroit Pistons” basketbol klublarının səfər matçını izləmək üçün səfər edib.

F-1.az xəbər verir ki, Lekler tək olmayıb, oyunu izləməyə Alpine komandasının yerli sürücüləri Pyer Qasli və Esteban Okonla birlikdə gedib və bu, onun üçün mövsümə intensiv hazırlıq prosesində kiçik bir fasilə olub.

Xatırladaq ki, o, bu yaxınlarda İtaliyadan dağlar qoynunda xüsusi təlim-məşq toplanışından qayıdıb.

Şarl Lekler: “Məşq vaxtıdır. Qış tətilindən sonra bir az kökəldim, baxmayaraq ki, əslində hər şey o qədər də pis deyil, çünki bu zaman axmaq şeylər etməməyə çalışdım. Ancaq işə qayıtmağın vaxtı gəldi və hər şey yaxşı gedir. Fiziki hazırlığımda boşluqlar var, ona görə də onları aradan qaldırmağa çalışmalıyam.

İlin qalan hissəsində, sadəcə olaraq, bütün günləri məşqə həsr edərək, indi əldə etməyə çalışdığımız güc hazırlığı səviyyəsini saxlamaq lazımdır. Biz öz üzərimizdə mümkün qədər intensiv işləməliyik, çünki məşq müddətindən dərhal sonra yeni maşının təqdimatına, sınaqlara hazırlıq başlayır və biz mətbuatla çox ünsiyyətdə olmalıyıq. Artıq boş vaxt olmayacaq, ona görə də belə təlim-məşq toplanışlarının bütün həftəsi demək olar ki, tamamilə müxtəlif növ məşqlərə həsr olunub”.

Şarlın fikrini şəxsi məşqçisi Andrea Ferrari davam etdirib: “İndi məşq proqramı mövsümdə olacağı kimi deyil. İndi o, daha çox çalışmalıdır. Mövsüm ərzində bu asan deyil, çünki uçuşlar və digər işlər çox vaxt aparır, ona görə də qış dövrü ən vacib vaxtdır.

Biz Şarlla çoxdan, hələ çox gənc olanda işə başlamışıq. İndi isə onun tədricən necə dəyişdiyini, müdrikləşdiyini və fiziki cəhətdən gücləndiyini görürəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*