Fernando Alonso: “Bizdə turbinlə bağlı problemlərin təkrarlanacağından narahat deyiləm. Biz cümə axşamı, cümə, şənbə və bazar günləri mətbuatla ünsiyyətdə oluruq, amma hər şeyi danışa bilmirik.
Biz nələri yaxşılaşdırmalı olduğumuzu bilirik və hansı sahələr üzərində işləməli olduğumuzu anlayırıq. Komandada hamı birlikdə hərəkət edir. Düşünürəm ki, qarşıda bizi yaxşı dəyişikliklər gözləyir, amma əvvəlcə problemləri həll etməliyik. Hazırda onların nədən ibarət olduğunu və hansı sahələri yaxşılaşdırmalı olduğumuzu başa düşürük. Amma bütün bunlar barədə danışa bilərikmi – bu artıq başqa sualdır.
Şübhəniz olmasın, biz şassidə və güc qurğusunda nələri yaxşılaşdırmalı olduğumuzu anlayırıq. Biz döngələr daha sürətli keçməli və düzlükdə sürət artırmalıyıq. Bütün bunlar GPS məlumatlarında çox aydın görünür. Göstəricilərimizi daha sürətli maşınların göstəriciləri ilə müqayisə etdikdə aydın olur ki, biz bütün sahələrdə irəliləməliyik və bunun üzərində işləyirik.
Mövsümün sonuna qədər altı yarış qalıb və maşın artıq dəyişməyəcək, buna görə də qüvvələr nisbətində ciddi dəyişiklik gözləməyə dəyməz. Bu, təkcə bizə deyil, digər komandalara da aiddir”.





