07 Dekabr 2019, Şənbə - 15:26

F.Alonsonu çətin yarış gözləyir

F.Alonsonu çətin yarış gözləyir

Müəllif: Rauf Hacıyev, redaktor

13:13 - 23 Mart, 2017

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, Barselonadakı problemləri iki həftə ərzində həll etmək mümkünsüzdür və onları çətin yarış gözləyir.

F-1.az xatırladır ki, McLaren sürücüləri qış testlərində ardıcıl 11 dövrə vura bilməmişdilər. Testlərdən sonra Alonso Honda-nı sərt formada tənqid etmişdi. Erik Bulye isə bildirmişdi ki, ilk yarışı bitirməyə bilərlər.

Fernando Alonso: “Hazırda əsas olan performans deyil, çünki etibarlılıq cəhətdən daha böyük problemlərimiz var. Yarış həftəsonundan həzz almalıyıq. Yoxsa bizim üçün çətin günlər başlaya bilər. İkihəftəlik çətin testlərdən sonra bizi çətin bir yarış gözləyir. Bütün problemləri unudub, əlimizdən gələni etməliyik. Bu qədər az müddətdə işləri öz xeyrinə çevirmək asan olmayacaq. Yarış üçün çox alternativimiz yoxdur”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 001
Teqlər , ,
Paylaş

logo