24 Avqust 2019, Şənbə - 06:33

F.Alonso: “2017-ci ildə hədəfimiz xal qazanmaq olmayacaq”

F.Alonso: “2017-ci ildə hədəfimiz xal qazanmaq olmayacaq”

Müəllif: Elçin Zodorov, redaktor

10:59 - 16 Sentyabr, 2016

McLaren-in ispan sürücüsü gələn il hədəflərinin xal almaqdan daha artığı olduğunu bildirib.

F-1.az xatırladır ki, 2014-cü ildə Mercedes motoru ilə 2 dəfə podiuma yüksələn komanda keçən ildən Honda mühərriki ilə mübarizə aparmağa başlamış, lakin şərq istehsalçısının komandaya verdiyi motorlar həm etibarlılıq, həm də sürət baxımından olduqca zəif olmuşdu. Komanda keçən mövsüm əksər yarışlarda xal zonasına düşə bilməsə də, bu il vəziyyət müəyyən qədər düzəlib və pilotlar yarışların çoxundan xalla ayrıla bilib.

Honda-nın 2017-ci ildə Mercedes-ə çata bilib-bilməyəcəyi sualına Fernando Alonso belə cavab verib: “Bu, olduqca optimist hədəfdir. Gələn il olduqca böyük irəliləyişə nail olacayıq. Keçən il çox şey öyrənmişik. Eynilə, bu mövsüm də öyrənirik. Bunun baş verməsi normaldır. Bu il keçən ilki ilə müqayisədə daha az etibarlılıq problemi ilə qarşı-qarşıya qaldır. Daha çox dövrə vurduğumuz üçün daha çox şey öyrənmək mümkün oldu. Buna görə də gələn il güc qurğusunda vacib addımlar atılacaq.

Aerodinamika sahəsindəki yeni qaydalar hamı üçün sual işarəsidir və hesab edirəm ki, bu, çox yaxşı bir fürsət olacaq. Gələn il hədəfimiz təkcə xal qazanmaq olmayacaq, daha yüksək hədəflərimiz olacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 503
Teqlər , ,
Paylaş

logo