Ostinə gələn Lando təsdiqləyib ki, komanda ona və Piastriyə bundan sonra da öz aralarında mübarizə aparmağa icazə verir, sadəcə artıq toqquşma olmamalıdır.
Lando Norris: “Komandadakı bu insidentlərə görə məni dəfələrlə tənqid ediblər, bu barədə çox söz deyilib, amma bizə hələ də öz aramızda mübarizə aparmağa icazə verilir.
Əlbəttə, ötən yarış həftəsonunda baş verənlərin və ya keçən il burada yaşananların təkrarlanmasına yol verə bilmərik. Bizə hələ də yarışmağa icazə verilir, amma toqquşmalar yolverilməzdir, istənilən halda onlardan qaçmalıyıq”.





