22 Avqust 2019, Cümə axşamı - 20:06

Ş.Lekler vəziyyətə görə qərar verəcək

Müəllif: Rauf Hacıyev, redaktor

13:03 - 26 Aprel, 2019

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, komanda əmrlərini vəziyyətə görə dəyərləndirəcək.

F-1.az xatırladır ki, Ferrari komandası mövsümün ilk 3 yarışında Fettelin lehinə komanda əmrləri verib.

Şarl Lekler: “Formula1-də həmişə komanda əmrləri olub və olacaq. Bu vəziyyətdən asılıdır. Bəzi hallarda əmrləri qəbul edəcəm.

Binotto komanda körpüsündə qərar verir. Nəticədə onun əlində daha çox məlumat olur. Gələcəkdə görəcəyik. Komanda yoldaşının keçməsinə icazə vermək əsəbpozucudur. Bunu başa düşürəm. Seb komandada beşinci mövsümünü keçirir. Karyerası ərzində dörd dəfə çempion olub. Mən isə idmandakı ikinci ilimdəyəm. Özümü isbat etməliyəm. İşimi görməli və inkişaf etməliyəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 69
Teqlər , , , , ,
Paylaş

logo