Lyuis Həmilton: “Ötən həftəsonunda kifayət qədər müsbət məqam olub, buna görə də biz onlara söykənməli, irəliləməli və maşını bu mərhələyə daha yaxşı hazırlamağa çalışmalıyıq. Birinci sərbəst yürüş asan keçməyə bilər, çünki bir neçə yeni həlli yoxlamağı planlaşdırırıq. Hazırda biz maşını diqqətlə araşdırırıq və növbəti ilə hesablanmış şəkildə nələri yaxşılaşdırmağın mümkün olduğunu axtarırıq.
Hər yenilənmə irəliləyişə kömək edir və görülən işə görə komandaya minnətdarıq. Bununla belə, rəqiblərimiz çox yaxındır – Mercedes əvvəlkitək inanılmaz dərəcədə sürətlidir, Red Bull-da pis temp göstərmir. Düşünürəm ki, bu həftəsonu mübarizə çox sıx olacaq.
Qarşıdakı beş yarış bizim üçün bir çox cəhətdən müxtəlif həlləri yoxlamaq məqsədilə testlərə çevriləcək. Əlbəttə, biz Mühəndislər Kubokuda ikinci yeri qorumaq istəyirik, amma hazırda mövsümü dəyərləndirmək və komandanın işini yaxşılaşdırmağı davam etdirmək də bizim üçün vacibdir. Düşünürəm ki, bu sahədə artıq müəyyən irəliləyiş əldə etmişik.
Şəxsən mən indi ən çox gələn ilin maşınına fokuslanmışam. SF-26-da yaxşı işləyən hər şeyi qorumaq və yeni şassi hazırlanarkən bu həlləri inkişaf etdirmək lazımdır. Paralel olaraq, gələn mövsüm Mercedes və Red Bull ilə rəqabət apara biləcək güc qurğusuya sahib olmağımız üçün əlimdən gələni edirəm.
Əlbəttə, mövsümü yüksək nəticə ilə başa vurmaq istərdim. Komanda buna layiqdir, bazada çalışan hər kəs də elə. Qalan hər yarışda maksimum nəticəni əldə etməyə çalışacağıq”.





