L.Həmilton ən yaxşı rəqibini açıqlayıb

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, ən yaxşı mübarizəni Sebastyan Fettellə aparıb.

F-1.az xatırladır ki, iki sürücü 2017 və 2018-ci illərdə çempionluq uğrunda mübarizə aparmış və hər ikisindən də Həmilton qalib ayrılmışdı.

Lyuis Həmilton: “Sebastyanla olan rəqabətimi çox sevirəm. O, çox yaxşı sürücüdür və ona qarşı yarışdım. Seb həm də yaxşı insandır. O, dördqat Dünya Çempionudur. O dövrlər Ferrari çox güclü idi. Buna görə də ikimiz də yarışa yaxşı fokuslanmalı idik. Bizim üçün çətin dövrlər olsa da, münasibətimiz yaxşılaşmışdı. Çünki bir-birimizə qarşı böyük hörmətimiz var idi”.

, ,
  • Əşrəf Məmmədov
    Aprel 17, 2021 - 11:41

    2018 Almaniyadan sonra Fettelin işi bitdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*