V.Bottas: “Birinci olmaq vacib deyil”

Barselonadakı testlərin ilk mərhələsini birinci yerdə bitirən Bottas bildirib ki, bu nəticələr real deyil. Əsas olan qət edilən məsafədir.

F-1.az xatırladır ki, Bottas yanvarda Mercedes-ə gəlib və komandaya tez uyğunlaşaraq testlərin ilk günündə çox yaxşı performans göstərib.

Valtteri Bottas: “Mənim üçün birinci yerdə olmaq gözəl haldır, amma çox da ciddiyə almıram. Əsas boliddə çoxlu vaxt keçirməkdir. Komanda dəyişdirməyin bu qədər çətin olduğunu bilməzdim. Mercedes Williams-dan böyük komandadır və öyrəşməyə vaxt lazımdır. Amma testlərdən əvvəl komandadakı işçilərlə səhər yeməyi yemək və söhbət etmək gözəl hissdir. Özümü artıq daha yaxşı hiss edirəm. Bacardığım qədər çox dövrə vurmaq istəyirdim, çünki yeni qaydaları öyrənmək üçün bu lazımdır. İkinci testlərdə də çoxlu dövrə vurub, mövsümə maksimum hazır olmaq istəyirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*