25 Avqust 2019, Bazar - 11:00

K.Horner: “Formula1 üçün əsas şoudur”

K.Horner: “Formula1 üçün əsas şoudur”

Müəllif: Rauf Hacıyev, redaktor

19:22 - 24 Yanvar, 2017

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, yeni mühərrik reqlamentində işin şou tərəfinə fokuslanmaq lazımdır.

F-1.az xatırladır ki, 2014-cü ildə turbo mühərriklərə keçdikdən sonra Formula1-ə qarşı tənqidlər artmış və idmanın izləyici sayı aşağı düşmüşdü.

Əslində bu addımı atmaqda məqsəd yeni istehsalçıları idmana cəlb etmək idi. Amma Honda-dan başqa heç bir yeni istehsalçı idmana gəlmədi.

Turbo mühərriklərin erasının 2020-ci ildə bitməsi gözlənilir və komandaların çoxu 2020-ci illərdə başqa mühərriklərlə yarışmağa ümid edir.

Ross Braun Formula1-in dönüş nöqtəsində olduğunu deyib. Britaniyalı mütəxəssis düşünür ki, idmanda ya elektrik mühərriklərdən istifadə edəcək, ya da təbii havalandırılmalı mühərriklərə keçəcək.

Kristian Horner bu barədə fikirlərini bildirib: “Məncə, Formula1-in rəhbərliyi qərar verməlidir, çünki onlar bu məhsulu satmalıdırlar. Düşünürəm ki, Formula1-də əsas şou olmalıdır. Texnologiya ikinci dərəcəli olmalıdır. Mən təbii havalandırmalı V10 mühərriklərə geri qayıtmaq istəyərəm. Bu hal Mercedes və Honda üçün əlverişli olmasa da, azarkeşlər üçün daha maraqlı olar. Hazırkı texnologiya çox qarışıqdır və insanlar qarışıqlığı başa düşmürlər. Məncə, səs, yəni motorun gur səsi vacib amildir və Formula1 ruhunun önəmli hissəsidir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 814
Teqlər , ,
Paylaş

logo