K.Horner: Əlimizdən gələni edəcəyik

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, son yarışa qədər əllərindən gələni edəcəklər.

F-1.az xatırladır ki, Sürücülər Çempionatında gənc Ferstappen 12 xal fərqlə liderdir. Mühəndislər Kubokunda isə Mercedes rəqibi Red Bull-u 23 xal qabaqlayır.

Kristian Horner: “12 xallıq üstünlüyün heç bir əhəmiyyəti yoxdur. Əlimizdən gələni edəcəyik. 12 xal bir şey deyil. Daha əvvəl də gördük ki, çox tez əriyə bilir. Ən yaxşı nəticəni qazanmaq üçün bütün həftəsonları əlimizdən gələni etməliyik. Növbədə 5 yarış var və təzyiq getdikcə artır. Qazanıl biləcək 130, hətta, 133 xal var. Biz isə sadəcə 12 xal öndəyik.

Ostində fərqi artırmağımız yaxşı oldu. Sona 10 dövrə qalmış vəziyyət elə idi ki, yarışdan bərabər xalla ayrıla bilərdik. Buna görə də sevincliyik. Əla nəticə oldu. Ancaq önümüzdə daha çox yarış var və əlimizdən gələni etməliyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*