Barselona, 26.02.2018

Qış testlərinin ilk günü Barselonada son illərlə müqayisədə temperaturun ən aşağı həddə düşdüyü gün olub. Səhər hava aydın olsa da, nahardan sonra səma buludlarla örtülüb və soyuq külək əsməyə başlayıb.

Belə hava şəraiti komandalara məlumat toplamaqda çətinlik yaradıb. Sürücülər təkərləri qızdıra bilməyiblər və sürüşmələr çox olub.

F-1.az xəbər verir ki, ilk gün sakit keçib. Testlər yalnız iki dəfə qırmızı bayraqlarla dayandırılıb. İlk saatın tamamında Fernando Alonsonun maşını arxa sağ təkər yaxşı bağlanmadığı üçün çınqıllığa düşüb. Maşında zədələr əmələ gəlib və ispan sürücü 3 saatını itirərək, yalnız nahara az qalmış trasa qayıda bilib. Force İndia üçün çalışan Nikita Mazepin də startdan 3 saat sonra dördüncü döngədə idarəetməni itirərək trasdan çıxıb. Rusiyalı sürücü üçün testlərin ilk günü erkən başa çatıb.

Günün ikinci hissəsində komanda yoldaşlarını əvəzləyərək sükan arxasında əyləşən sürücülərin bəxti gətirməyib – sona bir saat qalmış yağış başlayıb. Bəzi sürücülər keçid və yağış təkərləri ilə dövrələr vursalar da, bir çoxları trasa çıxmayıblar.

Daniel Rikkardonun nahardan əvvəl göstərdiyi nəticə keçilməz olub – 1:20.179. Avstraliyalı həm də 105 dövrə ilə ən çox məsafə qət edən sürücü olub. Lakin hazırda protokollara başçılıq etməyin heç bir əhəmiyyəti yoxdur, çünki komandalar hələ sürətli dövrələr barədə düşünmürlər,  kiçik problemləri həll etməklə və bolidin başqa cəhətlərini yoxlamaqla məşğuldurlar.

Testlər sabah Bakı vaxtı ilə saat 12:00-dan etibarən davam edəcək.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə Təkər
1 3 Daniel Rikkardo Red Bull 1:20.179 105 Medium
2 77 Valtteri Bottas Mercedes AMG 1:20.349 + 0:00.170 58 Medium
3 7 Kimi Rəykkönen Ferrari 1:20.506 + 0:00.327 80 Soft
4 27 Niko Hülkenberq Renault 1:20.547 + 0:00.368 73 Medium
5 14 Fernando Alonso McLaren 1:21.339 + 0:01.160 51 SuperSoft
6 55 Karlos Sayns Renault 1:22.168 + 0:01.989 26 Soft
7 44 Lyuis Həmilton Mercedes AMG 1:22.327 + 0:02.148 25 Medium
8 28 Brendon Hartli Toro Rosso 1:22.371 + 0:02.192 93 Soft
9 18 Ləns Stroll Williams 1:22.452 + 0:02.273 46 Soft
10 8 Roman Qrojan Haas 1:22.578 + 0:02.399 55 Soft
11 9 Markus Eriksson Sauber 1:23.408 + 0:03.229 63 Soft
12 34 Nikita Mazepin Force İndia 1:25.628 + 0:05.449 22 Medium
13 35 Sergey Sirotkin Williams 1:44.148 + 0:23.969 27 Soft

 

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*