18 Avqust 2019, Bazar - 18:07

T.Volff: “Aqressiv strategiya bizə qələbə gətirdi”

T.Volff: “Aqressiv strategiya bizə qələbə gətirdi”

Müəllif: Rauf Hacıyev, redaktor

22:57 - 29 May, 2016

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, yağış təkərlərindən birbaşa quru təkərlərinə keçid qərarı onlara qələbə gətirib.

F-1.az xatırladır ki, Rikkardo təkərlərini ağır yağış təkərlərindən keçid təkərlərinə dəyişdiyi zaman Həmilton yarışda ilk dəfə liderliyə yüksəlib.

Həmilton Rikkardodan sonra pit-stop etməkdənsə, trasın qurumasını gözləyib və Mercedes komandasının sürücüsü 31-ci dövrədə pitə gələrək, UltraSoft təkərlərə keçib. Dünya Çempionu Rikkardonun ikinci pitdə problem yaşamasından sonra bir daha liderliyə yüksəlib.

Toto Volff: “Çox aqressiv strategiya seçdik və bu barədə uzun müddət müzakirə apardıq. Biz fərqi bağlamalı idik və buna görə də qumar oynadıq. Qumarımız tutdu və daha sonra Red Bull-un problem yaşaması və Lyuisin mükəmməl sürüşü bizə qələbəni gətirdi. Buna ehtiyacımız var idi.

Komanda körpüsündə təkərlərin nə qədər dözəcəyi ilə bağlı müzakirələr gedirdi. Həmilton bizə trasdakı vəziyyət barədə məlumat verdi və sonda biz komanda olaraq bu qərarı verdik”.

Lyuis həmilton Rikkardonu qabaqlayıb, sürətli olmasına baxmayaraq, Rosberq ikinci yerdən başladığı yarışda çətinliklərlə üzləşib və 7-ci yeri tutub. Rikkardo startda fərqi artırandan sonra almaniyalı sürücü komanda yoldaşını önə buraxıb.

Toto Volff: “Təkəri istədiyimiz kimi qızdıra bilmirdik və iki bolidimiz də çox yavaş idi. Yarış başlayanda Rikkardo çox sürətli idi. Niko isə Lyuisdən daha çox çətinliklə üzləşdi.

Niko əsl komanda oyunçusu olduğunu göstərdi və yavaş olduğunu bildiyi üçün, komanda yoldaşını ləngitməkdənsə, ona yol verdi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 258
Teqlər , , , , , ,
Paylaş

logo