J.Erik Vern Red Bull-la bağlı xatirəsini danışıb

Sabiq Formula1 sürücüsü Jan Erik Vern bildirib ki, Red Bull-un sürücü proqramı çox çətindir.

F-1.az xatırladır ki, fransalı pilot Red Bull-un sürücü proqramından yetişmiş və 2012-2014-cü illərdə Toro Rosso komandasında yarışmışdı. Vern hazırda Formula E-də mübarizə aparır və 2018-ci ildə Dünya Çempionu titulunu qazanıb.

Jan Erik Vern: “Onlar olmasaydı, bu gün yarışa bilməzdim. Red Bull-u tənqid etməyəcəm, amma orada güclü rəqabət var idi. Formula3-də yarışırdım və Marko mənə zəng elədi. Mənə dedi ki, Rikkardo necə qazanmaq lazımdır, göstərdi. Çempion ola bilməsən, gedəcəksən. Poul qazandım və yarışda qalib gəldim. Ancaq sürətli dövrə vura bilmədiyim üçün Marko çox əsəbi idi”.

Daniil Kvyat da Helmut Marko ilə bağlı bir xatirəsini danışıb: “Formula BMW-dəki ilk yağış testimə çıxmışdım və 3-4 saniyə yavaş idim. Marko səhər saat 7-də mənə zəng elədi və dedi ki, yağışda bir işə yaramırsan. Sonra isə telefonu qoydu”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*