Britaniya-2021: Sıralanma turu

Tarixdə ilk dəfə sıralanma turu bazar günü baş tutacaq əsas yarışın start düzümünü təyin etmir. Burada fərqli həftəsonu formatı yoxlanılır və şayiələrə görə hətta təşkilatçılar buna görə əlavə pul da ödənilib.

F-1.az bildirir ki, sıralanma turundan əvvəlki yeganə sərbəst yürüşlərdə Maks Ferstappen böyük üstünlüyə sahib olub.

İlk Sessiyada Ferstappen elə ilk cəhdində Həmiltonu 0.4 saniyə üstələyib – 1: 26.751. Maks təkərlərə qənaət məqsədi ilə ikinci cəhdinə çıxmayıb. Təkərlər effektini tez itirib. Lekler son döngədə səhvə yol verib, sürücülər trasdakı sıxlıqdan şikayət ediblər. Ferstappenin nəticəsi ən yaxşı olaraq qalıb. Mazepin, Şumaxer, Latifi, Rəykkönen və Tsunoda mübarizəni dayandırıb.

İkinci Sessiyada da Ferstappen ilk cəhdində Lyuisi üstələyib. Peres və Fettel ikinci cəhdlərindən imtina etsələr də, qalan sürücülər trasa qayıdıblar. Həmilton 1:26.023-lük nəticə göstərib, Ferstappen ona cüzi fərqlə uduzub. Stroll, Covinatsi, Okon, Qasli və Alonso üçün sıralanma turu başa çatıb. Hər üç ingilis sürücü – Həmilton, Rassell və Norris doğma trasda ilk onluğa düşə biliblər.

Son sessiyada Rassell ilk cəhdindən imtina edib, qalan hamı boksları erkən tərk edib. Həmilton ilk cəhdində sürətli olub – 1:26.134. Təkərlərdən şikayətlənən Maks ona bir qədər uduzub. Ferstappen ikinci cəhdində daha yaxşı nəticə göstərib, lakin öz nəticəsini yaxşılaşdıra bilməyən Həmiltona çatmayıb.

Lyuis Həmilton Silverstounda sıralanma turunun qalibi olub. Sabahkı tarixdəki ilk sprint yarışına onunla birlikdə qabaq cərgədən Maks Ferstappen başlayacaq. Onların arxasında isə müvafiq olaraq, Valtteri Bottas və Şarl Lekler start götürəcəklər. Üçüncü cərgə isə Serxio Peres və Lando Norrisindir.

Bazar günü baş tutacaq Britaniya Qran Prisinin start düzümünü isə sabahkı sprint yarışı təyin edəcək…

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 2 1:26.786 8 1 1:26.023 8 1:26.134 7
2 33 Maks Ferstappen Red Bull 1 1:26.751 3 2 1:26.315 6 1:26.209 7
3 77 Valtteri Bottas Mercedes AMG 9 1:27.487 8 3 1:26.764 7 1:26.328 7
4 16 Şarl Lekler Ferrari 3 1:27.051 8 5 1:26.919 6 1:26.828 6
5 11 Serxio Peres Red Bull 4 1:27.121 8 6 1:27.073 3 1:26.844 6
6 4 Lando Norris McLaren 8 1:27.444 8 10 1:27.220 6 1:26.897 6
7 3 Daniel Rikkardo McLaren 5 1:27.323 10 9 1:27.125 6 1:26.899 6
8 63 Corc Rassell Williams 14 1:27.671 8 7 1:27.080 6 1:26.971 3
9 55 Karlos Sayns Ferrari 6 1:27.337 9 4 1:26.848 6 1:27.007 6
10 5 Sebastyan Fettel Aston Martin 10 1:27.493 6 8 1:27.103 3 1:27.179 6
11 14 Fernando Alonso Alpine 11 1:27.580 6 11 1:27.245 6
12 10 Pyer Qasli AlphaTauri 13 1:27.600 8 12 1:27.273 6
13 31 Esteban Okon Alpine 7 1:27.415 6 13 1:27.340 6
14 99 Antonio Covinatsi Alfa Romeo 12 1:27.595 9 14 1:27.617 6
15 18 Ləns Stroll Aston Martin 15 1:28.017 6 15 1:27.665 6
16 22 Yuki Tsunoda AlphaTauri 16 1:28.043 10
17 7 Kimi Rəykkönen Alfa Romeo 17 1:28.062 9
18 6 Nikolas Latifi Williams 18 1:28.254 8
19 47 Mik Şumaxer Haas 19 1:28.738 10
20 9 Nikita Mazepin Haas 20 1:29.051 9
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*