V.Bottas qərarı anlayışla qarşılayıb

Mercedes komandasının sürücüsü Valtteri Bottas komandasının verdiyi əmri anlayışla qarşılayıb.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Almaniya yarışının son dövrələrində daha təzə təkərlərlə komanda yoldaşı Həmiltona hücum etsə də, komanda ondan yerini qorumasını istəyib. Nəticədə britaniyalı sürücü yarışı qazandığı halda, Bottas ikinci olub.

Valtteri Bottas: “Təhlükəsizlik avtomobili çıxdıqdan sonra Lyuislə mübarizə apardıq. Ötmə edə bilmədim və daha sonra mənə dedilər ki, riski azaltmalıyıq. Mən də mesajı aldım. Təhlükəsizlil maşını yaxşı vaxtda gəldi. Mən pitə girdim, Lyuis isə davam etdi. Hər sürücü qalib gəlmək istəyər. Sebastyanı baryerlərdə görəndə əla fürsət olduğunu düşündüm. Mercedes üçün Almaniyada dubl etmək çox vacib idi. Ən sürətli komanda deyildik. Gələcəkdə tempimizi artırmalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*