V.Bottas: Bəhreyndə rəqiblərimizin kim olduğunu öyrənəcəyik

Alfa Romeo yeni mövsümə hazırdır.Sürücülər və komanda rəhbərliyi güc balansını qiymətləndirmək üçün Bəhreyn Qran Prisini gözləyirlər.

F-1.az xatırladır ki, komanda üçgünlük qış testlərində heç də pis təsir bağışlamamışdı.

Valtteri Bottas: “Komanda ilə maraqlı bir ilk ilim oldu, bu müddət ərzində biz daim gücləndik və yaxşı irəliləyiş əldə etdik. İndi bizim yalnız bir yolumuz var – irəli, daha yüksək və daha yaxşı.

İnanıram ki, mövsümün ilk bir neçə günü bizə güc balansı haqqında təsəvvür əldə etməyə və birbaşa rəqiblərimizin kim olduğunu başa düşməyə kömək edəcək. Qarşıda uzun mövsüm var, amma mən trasa qayıtmaq üçün çox motivasiyalıyam və komanda üzvlərinin xatirinə yüksək nəticələr əldə etmək istəyirəm – yarışa bilmək üçün onların səyləri lazımdır.
Bizdə uğur qazanmaq üçün lazım olan hər şey var, lakin diqqətimizi cəmləməli və C43-ün bütün potensialını üzə çıxarmalıyıq”.
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*