M.Salo: “Mercedes Bottas və ya Verlyaynı transfer edəcək”

Sabiq Formula1 sürücüsü Mika Salo inanır ki, Mercedes Rosberqin əvəzinə ya Bottası, ya da Verlyaynı transfer edəcək.

F-1.az xatırladır ki, Mercedes Niko Rosberqin təqaüdə çıxdığını açıqladıqdan sonra yeni sürücü axtarmağa başlayıb. Amma Volff bildirib ki, onlar gələn il üçün güclü sürücü transfer etmək istəmirlər. Lauda isə bildirib ki, gənc sürücü transfer etmək riskli olar.

Mika Salo: “Məncə, iki seçim var. Verlyayn və ya Bottas. Amma mən Mercedes-də işləsəydim, Bottası alardım. Çünki o daha təcrübəlidir və qələbə üçün yarışa biləcəyini göstərdi. Qələbə qazana bilməsə də, bir neçə dəfə podiuma yüksəldi. Ancaq qərarı mən yox, Volff verəcək”.

Salo Rosberqin qərarını başa düşür: “Nikonun qərarını eşidəndə, əvvəlcə təəccübləndim. Sonra video mesajına baxanda hiss elədim ki, verdiyi qərar onun üçün çox çətin olub. Qərarına hörmət edirəm.

Son üç ildə çempionluq uğrunda mübarizə apardı və qazana biləcəyi hər şeyi qazandı. Əgər sürücüsünüzsə və ailəniz varsa, müəyyən dövrdən sonra seçim etməlisiniz. Niko da ayrılmağı seçdi.

Formula1 psixoloji cəhətdən çətin idman növüdür. Niko əvvəlki iki il Həmiltona uduzdu. Həmilton çətin rəqibdir və gələn il daha güclü olacaq. Nikonun çempionluğu qoruması çətin olardı”.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*