L.Həmilton: “Yağışda qarşısıalınmaz deyiləm”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, yağışda qarşısıalınmaz deyil.

F-1.az xatırladır ki, Ferrari Belçika Qran Prisinin favoriti sayılsa da, yağışlı sıralanma turunda poulu Həmilton qazanıb. Britaniyalı sürücü əfsanəvi Spa trasında 5-ci poulunu qazanıb.

Lyuis Həmilton: “Çox yaxın idik və ümidli idim. Ferrari düzlükdə çox sürətl idi, amma sonra yağış yağdı və işlər çətinləşdi. Çətinliyi deməyə söz tapa bilmirəm. Trasın bəzi hissələri quru idi. İki dəfə tras xaricinə çıxdım. Hamı limitdə idi. Bir cəhdim qalmışdı. Balansı tapmalı idim. Bəzi yerlərdə qaz pedalından ayağımı çəkməli idim, amma yavaş da gedə bilməzdim. Çox xoşbəxtəm. Komanda əla iş gördü və yağış bizə kömək etdi.

Yağışda qarşısıalınmaz deyiləm. Yağışda sürmək istəmirdim. Quru havada yaxın mübarizə olacaqdı. Ferrari bir az öndə idi, amma yenə də onları keçə biləcəyimi düşünürdüm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*