A.Elbon: Yeniliklər işlədi

Red Bull komandasının sürücüsü Aleks Elbon yeniliklərdən razı qaldığını deyib.

F-1.az xatırladır ki, taylandlı sürücü Belçikadakı sıralanma turunda beşinci olub və Avstriyadakı dördüncülükdən sonra ən yaxşı nəticəsini əldə edib.

Aleksandr Elbon: “Həftəsonu yaxşı keçdi. Bu həftəsonunun müsbət tərəfləri çoxdur. Bolid birinci sərbəst yürüşlərdən etibarən yaxşı işlədi və biz inkişaf etdik. Sazlanmaları edərkən rahat idik. Buna görə də sıralanma turu yaxşı keçdi.

İkinci sessiyada atdığım dövrə daha yaxşı idi. Son sessiyadakı dövrəmdə asfaltlailişmə yaxşı olsa da, ilk döngədə səhv etdim və hava kisələrindən istifadə edə bilmədim. Bolid isə yaxşıdır. Orta sürətli döngələrdə özümü yaxşı hiss edirəm. Uzun müddət idi ki, özümü belə hiss etmirdim və bunun üzərində işləyirdik. Doğru yöndə irəliləyirik. Yerimdən razıyam, amma inkişaf etməliyəm və bunun üçün işləyəcəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*