H.Marko Kvyatdan razıdır

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Daniil Kvyatdan razıdırlar.

F-1.az xatırladır ki, Red Bull şirkəti 2017-ci ilin sonunda Kvyatı qovsa da, 2019-cu ildə yenidən Toro Rosso-ya qaytarmışdı. Rusiyalı sürücü bu mövsüm qənaətbəxş çıxış edir və Almaniya yarışında podium qazanıb.

Helmut Marko: “Kvyat yaxşı mövsüm keçirir. Heyif ki, bəzən bəxti gətirmədi. Lakin gözləntilərimizdən xəbərdardır. Biz də onun potensialını bilirik. Böyüyüb və artıq emosional davranmır. İnkişaf edib”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*