23 Yanvar 2019, Çərşənbə - 13:31

H.Marko yaponca danışmağı öyrənir

H.Marko yaponca danışmağı öyrənir

Müəllif: Rauf Hacıyev, redaktor

08:25 - 22 Mart, 2018

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, artıq yaponca danışmağı öyrənməyə başlayıb.

F-1.az xatırladır ki, “qırmızı öküzlər”lə Renault arasındakı müqavilə ilin sonunda bitəcək və avstriyalı komandanın gələn ildən Honda mühərriklərinə keçməsi gözlənilir.

Helmut Marko: “Honda-nın edəcəyi dəyişikliklərdən xəbərdar olmaq istəyirik və onlar da bizə bu barədə məlumat verirlər. Yapon dilində bir neçə söz öyrəndim. Artıq şam yeməklərində onlarla söhbət edəcəyik. Nə edəcəklərini öyrənməyə çalışacağıq.

Red Bull bu il inkişaf edib. Amma Mercedes-ə çatmaq üçün resursunuz çox olmalıdır. Hər şey Renault-dan asılıdır. Onların hazırlayacağı mühərrik çempionatın taleyini dəyişə bilər. Şassi cəhətdən rəqiblərimizdən geri qalmırıq. Renault-ya güvənməsəm də, ümid edirəm ki, hər şeyi qaydasına salarlar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 190
Teqlər , ,
Paylaş

logo