Mercedes-in hegemonluğu Markonu narahat edir

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, FİA Mercedes-in hegemonluğunu aradan qaldırmaq üçün heç nə etmir.

F-1.az xatırladır ki, Mercedes 2014-cü ildən bəri ardıcıl 5 dəfə həm Mühəndislər, həm də Sürücülər Çempionatında qalib olub. “Gümüşü oxlar” yeni mövsümə də mükəmməl başlayıblar və ardıcıl 5 qələbə dublu edərək maksimum xalları yığıblar.

Helmut Marko: “Biz irəliyə doğru addım atdıq. Amma Mercedes iki addım atıb. Biz heç vaxt belə hegemon olmamışdıq. O vaxt hər il reqlamentdə çoxlu dəyişikliklər edərək bizi geri çəkməyə çalışırdılar. Ancaq indi bunu etmək istəmirlər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*