M.Ferstappen: Əlimizdən gələni etdik

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Həmiltona qarşı mübarizədə hər şeylərini veriblər.

F-1.az xatırladır ki, niderlandlı sürücü Braziliya yarışını uzun müddət lider aparsa da, 59-cu dövrədə Həmiltonun hücumlarına tab gətirə bilməyib və ikinciliyə razı olub.

Maks Ferstappen: “Bu gün əlimizdən gələni etdik. Yaxşı mübarizə idi. Sonda tempim azaldı, amma əlimizdən gələni etdik. Çox əyləncəli idi.

Hələ də yaxşı xal fərqi ilə öndəyəm. Belə çətin həftəsonunda zərəri minimuma endirdik. Növbəti yarışlarda özümüzə gələcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*