P.Qasli: “Ferstappen yaxşı meyardır”

Red Bull komandasının yeni sürücüsü Pyer Qasli komanda yoldaşı Maks Ferstappenin yaxşı meyar olacağını düşünür.

F-1.az xatırladır ki, Pyer Qasli bu il Red Bull komandasında debüt edəcək. Formula1-də ikinci mövsümünü keçirən fransalı sürücünün komanda yoldaşı bu idmanda 4 mövsüm keçirmiş və 5 yarış qazanmış Maks Ferstappendir.

Pyer Qasli: “Maksın keçənilki performansına baxsaq, Lyuis və Sebastyanla müqayisə etmək çətin olar, amma hazırda paddokdakı ən istedadlı adamlardan biridir. Buna görə də onun kimi bir meyara sahib olmaq mükəmməldir. Formula1-də öyrənməyə davam etmək və güclü performans göstərmək üçün güclü komanda yoldaşınız olmalıdır. O zaman inkişaf edə bilərsiniz.

Mən obyektiv adamam. Nə vaxt səhv, nə vaxt doğru addım atdığımı bilirəm. Həmişə səhvlərimdən dərs alıram. Özünü mühakimə edirəm və beləliklə, güclənirəm. Tempim yaxşıdır. Vahid dövrədə güclüyəm və bu, sıralanma turunda vacibdir. Sıralanma turunda yaxşı yer işimizi asanlaşdırır. Bu cəhətdən güclüyəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*