Daniil Kvyat Red Bull-dan qovulub?

Daniil Kvyat Rusiyda Sebastyan Fettelə arxadan iki dəfə çırpılmışdı və rusiyalı sürücünün bu hərəkəti Formula1 Dünyasının sərt reaksiyasına səbəb olmuşdu. Bu hərəkət Kvyatın Red Bull komandasındakı yerini təhlükəyə atıb.

F-1.az xatırladır ki, Daniil Kvyat yarışın startından sonra Sebastyan Fettelə arxadan iki dəfə çırpılmışdı. Bunun nəticəsində Fettel yarışı vaxtından əvvəl dayandırmış, Daniel Rikkardonun isə təkəri deşilmişdi.

Kvyat yarışdan sonra komandadan, Sebastyan Fetteldən və komanda yoldaşı Daniel Rikkardodan üzr istəmişdi.

Bu hadisələrdən sonra Red Bull komandasının rəhbərliyi bu həftə Kvyatı iclasa çağıracaq.

Bəzi məlumatlara əsasən, Toro Rosso-nun gənc sürücüsü Maks Ferstappen 2017-ci ildə Daniil Kvyatı əvəz edə bilər.

Məşhur Formula1 bloqqeri Ceyms Allen bildirib ki, qərar artıq verilib.

Ferrari komandasının rəhbəri Arrivabene də yarışdan sonra Kvyatı tənqid etmişdi: “Bir dəfə çırpılmasını bağışlamaq olar, amma ikinci dəfə çırpılmasının heç bir bəhanəsi yoxdur”.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*