D.Hill: Rikkardo müəmmalıdır

Sabiq Formula1 sürücüsü Deymon Hill düşünür ki, Daniel Rikkardonun gələcəyi müəmmalıdır.

F-1.az xatırladır ki, son iki ildə özündən gölənilənləri verməyən Rikkardo ilin sonunda McLaren-dən ayrılır. Onun hara gedəcəyi hələ məlum deyil. Avstraliyalı pilotun adı Alpine və Haas ilə hallanır.

Deymon Hill: “Daniel idmanımızın populyar fiqurudur. Ətrafını həmişə əyləndirir və üzü gülür. Ancaq hazırda bəzi şeylər tərs gedir. Düzdür, səhvləri var, amma ümid edirəm ki, onu yenidən qələbə uğrunda mübarizədə görərik. Ehtiyat sürücü belə olsa, onun da məntiqi var. Orada yaxşı fürsət gözləyə bilər. Ya da oradan yığdığı məlumatlarla gələcəkdə gedəcəyi komandaya kömək edər.

Ancaq komanda rəhbərləri ona baxıb düşünəcəklər ki, görəsən yenidən əvvəlki kimi sürətli olacaq? Bu, cavabını bilmədiyimiz əsas sualdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*