D.Rikkardo xoşbəxt deyil

Renault komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, yeni komandasına öyrəşə bilmir.

F-1.az xatırladır ki, avstraliyalı sürücü mövsümün ilk iki yarışından sonra hələ də xal qazana bilməyib.

Daniel Rikkardo: “Bolid sürətlidir. Amma mən hələ də ona öyrəşməyə çalışıram. Bolidə güvənmək istəyirəm. Əylənmə zonalarında istədiyimi edə bilmirəm. Bəzi sahələrdə sürətlənməyə çalışacam”.

,