D.Rikkardo: Çempion olmaq istəyirəm

Renault komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, çempionluq qazana bilməsə, çox məyus olacaq.

F-1.az xatırladır ki, avstraliyalı sürücü idmandakı 10-cu mövsümünü keçirməyə hazırlaşır və geridə qalan 9 mövsümdə 7 yarış qazanıb. Sürücülər Çempionatındakı ən yaxşı nəticələri isə 2014 və 2016-cı ildəki üçüncülük olub.

Daniel Rikkardo: “Formula1-də çempion olmaq üçün doğru komandada olmaq məsələsi darıxdırıcıdır. Bu, şahmata bənzəyir. Həmişə düşünürəm ki, yeni reqlamentlə ən güclü komandada olacağam.

Məqsədim Formula1-də yarışmaq idi. Eyni zamanda Dünya Çempionluğu da qazanmaq istəyirəm. Burada olduğumçün xoşbəxtəm. Ancaq hədəfimə reallaşdıra bilməsəm, çox məyus olacağam. Çünki istedadlıyam. Çempion ola biləcəyimə inanmasaydım, burada olmazdım”.