O.Piastri McLaren-ə keçir?

Britaniya mətbuatının verdiyi xəbərə görə Oskar Piastri növbəti ildən McLaren-in şərəfini qoruya bilər.

F-1.az xatırladır ki, Daniel Rikkardo bu il qeyri-stabil çıxışla tənqidçilərin hədəfinə tuş gəlib. Əksəriyyət McLaren-in onu mövsümün sonunda qovacağını düşünür. Onun əvəzinə isə dördqat Dünya Çempionu Fettellə keçən ilin Formula2 çempionu Piastrinin adı hallanır.

Piastri hazırda Alpine komandasının ehtiyat sürücüsüdür. Onun gələn il Williams-da yarışacağı gözlənilir, amma deyəsən McLaren də gənc pilota elçi düşüb. O, yerlisi Rikkardonu əvəzləyə bilər.

Hazırda Rikkardonun gələn ilin sonuna qədər müqaviləsi olsa da, pis performasına görə gələcəyi müəmmalıdır.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*