D.Rikkardo: “Honda ilə danışacam”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, gələnilki komandasını seçməmişdən əvvəl Honda ilə danışacaq.

F-1.az xatırladır ki, avstraliyalı sürücünün komandası ilə müqaviləsi ilin sonunda bitsə də, 28 yaşlı sürücü yeni müqavilə üçün tələsmir. Rikkardonun adı Ferrari, Mercedes, Red Bull, Renault və McLaren kimi komandalarla hallanır.

Daniel Rikkardo: “Red Bull gələn həftə məndən qərar verməyimi istəyəcək. Amma yeni mühərrik tərəfdaşları Honda-nı başa düşmək üçün onlarla danışmalıyam. Mozaikanı bir yerə yığmağa çalışıram. Amma pozitivəm”.

Qeyd edək ki, Rikkardo komandadan ayrılsa, əvəzinə böyük ehtimalla Karlos Sayns keçəcək.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*