M.Ferstappen: “Məqsədimiz Ferrari-ni məğlub etməkdir”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, onların 2016-cı ildəki hədəfi Ferrari-ni məğlub etməkdir.

F-1.az xatırladır ki, hollandiyalı sürücü İspaniya QP-dən etibarən Red Bull-a transfer olunub və “Qırmızı Öküzlər”-in heyətindəki ilk yarışında qalib gəlib. Beləliklə, Red Bull 2014-cü ildən sonra ilk qələbəsini qazanıb. Rikkardo isə Monakoda poul qazanaraq, komandasına 2013-cü ildən sonrakı ilk poulunu qazandırmışdı. Ferrari isə hələ də poul və qələbə ala bilməyib: “İlk yarışlarda çoxlu xal itirdim. Ancaq Mercedes hazırda çox güclüdür. Dünya Çempionu olmaq üçün çox şey lazımdır. Ancaq 6-cı yer ilə 3-cü yer arasındakı mübarizə çox yaxındır və buna fokuslanmışıq.

Əsas məqsədimiz Mercedes ilə fərqi bağlamaqdır. Mühəndislər Kubokunda Ferrari-ni qabaqlaya bilərik. Məqsədimiz budur.

Mövsümə Ferrari-dən geridə başlasaq da, hazırda onlardan sürətliyik və növbəti hədəfimiz Mercedes-dir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*