Peres Ferstappendən nələri öyrənmək istəyir?

Red Bull komandasının meksikalı sürücüsü komanda yoldaşı ilə rəqabət aparmaq üçün daha ardıcıllıq və stabilliyə ehtiyavc duyduğunu deyib.

F-1.az xəbər verir ki, Peres özünə tənqidi yanaşıb və komanda yoldaşından nələri öyrənmək istədiiyni açıqlayıb.

Serxio Peres: “Düşünürəm ki, Ferstappen vacib olanda – sıralanma turunda və yarışda özünü göstərə bilir və bu il heç də pis həftəsonu keçirməyib. Düşünürəm ki, bu mənə də lazımdır. Mən daha pis həftə sonları keçirə bilmərəm.

Düşünürəm ki, bu mövsüm iki və ya üç pis həftəsonu keçirdim, ona görə də həqiqətən bundan qurtulmalı və stabilliyi yüksək tutmalıyam, çünki Maks bu müddət ərzində həqiqətən yaxşı və stabil idi”.

Qeyd edək ki, çempionatda ikili arasında 4 yarış əvvəl cəmi 6 olan xal fərqi hazırda 69-a yüksəlib. Peres xüsusilə son 3 yarışda heç də yaxşı həftəsonu keçirə bilməyib…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*