Fettellə Vebberin əsas fərqləri nə idi?

Red Bull komandasının baş konstruktoru Ədrian Nyui keçmiş sürücüləri Sebastyan Fettel ilə Mark Vebberi müqayisə edib.

F-1.az xatırladır ki, “qırmızı öküzlər” 2010-2013-cü illərdə bu cütlük iləçardıcıl 4 dəfə Dünya Çempionu olmuşdular. Bu illərdə Fettel dəfə çempion olduğu halda, Vebber ən yaxşı halda 3-cü yeri tuta bilmişdi.

Avstraliyalı sürücü 2010-cu ildə Bridgestone təkərləri ilə çempionluq uğrunda mübarizə aparsa da, 2011-ci ildə Pirelli təkərlərinə keçdikdən sonra geridə qalmağa başlamışdı.

Ədrian Nyui: “Sebastyan döngələrə tez girmək üçün daha stabil arxa tərəf istəyirdi. Döngəyə girəndə arxa tərəf sürüşməməli idi. Əslində siz elə düşünürsünüz ki, Vebber stabil maşın istəyirdi. Ancaq elə deyildi. Mark bolid döngədə hərəkət edəndə belə özünü rahat hiss edirdi. Bolidi Sebastyan kimi tez döndərmirdi.

Bəzən bolidin xüsusiyyəti az da olsa dəyişəndə, komanda yoldaşınızdan geridə qala bilərsiniz. Mark sürətli döngələrdə güclü idi. Ancaq təkər yeyilməsinə nəzarət etmək ən zəif nöqtəsi idi. Xüsusən də Bridgestone-dan daha çox yeyilən Pirelli-yə keçəndə çox problem yaşadı”.

Qeyd edək ki, Mark Vebber tamamilə yavaş döngələrdən ibarət olan Monakoda iki yarış qazanmışdı.

Ədrian Nyui: “Monako çox cəhətdən qeyri-adi trasdır. Baryerlər trasa çox yaxındır. Burada bolidi tez döndərmək mümkün deyil. Buna görə də Markın texnikası bu trasa uyğun idi. Monakoda Sebastyanla Mark arasında fərq yox idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*