Hollandiya Formula1-i qəbul etməyə hazırlaşır?

Zandfort trasının rəhbərliyi bildirib ki, yaxın zamanda trası Formula1 yarışı üçün hazırlaya bilərlər.

F-1.az xatırladır ki, Maks Ferstappenin Formula1-dəki uğurlu debütündən sonra Hollandiyada idmana olan maraq artıb və ölkədə bir yarışın təşkil edilməsi gündəmə gəlib.

Xatırladaq ki, Zandfort trasında keçən il Family Racing Days tədbiri təşkil olunmuş və Maks Ferstappen də burada iştirak etmişdi. Bu tədbir bu il də keçiriləcək və 18 yaşlı sürücü bu il də tədbirə qatılacaq.

Qeyd edək ki, Zandfort trası sonuncu dəfə 1985-ci ildə Formula1-i qəbul edib. Trasda son illərdə əsasən DTM və Formula3 seriyalarının milli mərhələləri keçirilir…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*