Vassyör: Maksa təzyiq göstərmək imkanımız olacaq

Ferrari komandasının rəhbəri Frederik Vassyör hesab edir ki, Şarl Lekler və Lyuis Həmilton Sinqapur Qran Prisi ərzində dünənki sıralanma turunun yekunlarına əsasən 2-ci və 3-cü nəticəni göstərdikləri üçün Maks Ferstappenə təzyiq göstərə biləcəklər.

Onlar Maksın maşınının dərhal arxasından start alacaqlar və nəzəri baxımdan, əlbəttə, yarışda ən yüksək nəticə uğrunda mübarizə aparmaq imkanları olacaq. Bundan əlavə, şənbə sprintində də hər ikisi ilk üçlükdə finiş ediblər.

Frederik Vassyör: “Komandamız üçün bu, kifayət qədər uğurlu gün olub: sprintdə yaxşı nəticə əldə etmişik, daha sonra isə sıralanma turunda rəqabətədavamlı olduğumuzu təsdiqləmişik, burada bütün sessiyalarda sürücülərimiz sabit şəkildə ən sürətlilər arasında olublar.

Finalda Şarl əla dövrə vuraraq ikinci yeri tutub; Lyuisdə son cəhdinədək poul uğrunda iddiaçılar arasında olub. Şübhəsiz, 2-ci və 3-cü yerdən start almaq artıq yaxşı təməldir, amma ən vacibi yarışın nəticəsidir.

Əlimizdə böyük həcmdə məlumat toplanıb, biz hər detalı diqqətlə təhlil edirik. Hər iki maşın yarışa ön sıralardan başlayacağı üçün Maksa təzyiq göstərmək və ən yaxşı nəticəyə nail olmaq uğrunda onunla mübarizə aparmaq imkanımız olacaq”.