F.Vassyör: İnkişaf etsək də, istədiyimiz kimi deyil

Ferrari komandasının sürücüsü Frederik Vassyör bildirib ki, Avstraliyada inkişaf etsələr də, istədikləri yerdə deyillər.

F-1.az xatırladır ki, Ferrari Albert Parkda vahid dövrədə zəif görünsə də, Karlos Sayns yarış tempində Ferstappendən sonra ən sürətli sürücü idi.

Frederik Vassyör: “Melburnda DRS-nin təsiri böyükdür. Buna görə də Qasli bizə 1 saniyədən daha yaxın idi. Burada maşınlar əvvəlki yarışlara nisbətən daha yaxın idilər. Performansımız və stabilliyimiz artsa da, istədiyimiz kimi deyil. Bu yarışdakı verilən cəza bizi növbəti yarışlarda daha motivasiyalı edəcək”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*