A.Covinatsi möcüzə etmək istəyir

Sauber komandasında Paskal Verlyaynı əvəz edən Antonio Covinatsi sıralanma turundan sonra özünü yaxşı hiss edir.

F-1.az xatırladır ki, Paskal Verlyayn yanvarda keçirilən Çempionlar yarışında zədələnmiş və buna görə də mövsümöncəsi birinci testləri buraxmalı olmuşdu. Bu müddətdə isə almaniyalı sürücünü Ferrari komandasının test sürücüsü Antonio Covinatsi əvəz etmişdi.

Bu həftə yenidən tibbi müayinədən keçən Verlyaynın yarışmasına icazə verilsə də, dünənki sərbəst yürüşlərdən sonra 22 yaşlı sürücünün fiziki cəhətdən hazır olmaması məlum olub. Buna görə də Sauber C36 yenidən Antonio Covinatsiyə həvalə edilib.

İtaliyalı sürücü isə Formula1 karyerasında ilk sıralanma turunda ümidləri doğruldub. Belə ki, 23 yaşlı sürücü ikinci sessiyaya çıxmağa çox yaxın olsa da, cəmi 0.2 saniyə fərqlə bu istəyinə nail ola bilməyib.

Antonio Covinatsi: “Bu gün mənim üçün xüsusi gündür. İlk dəfə Formula1-də sıralanma turuna çıxdım və gözəl iş gördüm. Q2-dən təxminən 0.2 saniyə uzaqda qaldım. Bir-iki yerdə xırda səhvlər etməsəydim, yuxu kimi başlanğıc olardı. Amma yenə də çox sevincliyəm. Sabah bizim üçün çox uzun yarış olacaq və ümid edirəm ki, əlimizə gözəl fürsət keçə bilər. Burada hər an, hər şey ola bilər. Ən yaxşı performansımızı ortaya qoyub, öndəkilərin səhv etməsini gözləyəcəm”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*