S.Fettel: “Ferstappen düz hərəkət eləmədi”

Sebastyan Fettel Braziliya yarışında çoxlu hücumlar edərək, yarışa rəng qatan Ferstappenin sürüş tərzini tənqid edib.

F-1.az xatırladır ki, Fettel və Ferstappen daha əvvəl Meksika yarışında təkər-təkərə mübarizə aparmış və hollandiyalı trası kəsdiyi üçün yarışdan dərhal sonra 5 saniyə cəza almışdı.

Bu cütlük Braziliya yarışında da təkər-təkərə mübarizəyə giriblər və Ferstappen son döngədə hücum edərək, Fetteli geridə qoyub. Almaniyalı bu mübarizədə trasdan çıxmaq məcburiyyətində qalıb.

Sebastyan Fettel: “Onunla yan-yana idik və əminəm ki, məni görürdü. Bolidimin burnu bir az öndə idi. Məndən daha sürətli olduğu üçün keçəcəyini bilirdim, amma vacib olan necə keçdiyidir”.

Sebastyan Fettel yarışın əvvəlində yerində fırlanaraq, gerilərə düşsə də, daha sonra rəqiblərini keçə-keçə 5-ci pilləyə yüksəlib.

Sebastyan Fettel: “Bu gün orada eyni problemi yaşayan təkcə mən deyildim. Yaxşı ki, yarışa davam edə bildim. Karlosu keçərkən bir az çətinlik çəkdim. Niyə bilmirəm, amma boliddə özümü rahat hiss edəndə, yarışın çoxu geridə qalmışdı”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*