M.Binotto: İnkişaf etmişik

Ferrari komandasının rəhbəri Mattia Binotto bildirib ki, 2020-ci ilə nisbətən inkişaf ediblər.

F-1.az xatırladır ki, “qırmızılar” keçən il bərbad çıxış etmiş və sadəcə 3 yarışda podiuma yüksələ bilmişdilər. Bu mövsüm İtaliya təmsilçisi üçün yaxşı başlayıb. Komanda üçgünlük testlərdə 403 dövrə vurub.

Mattia Binotto: “Bizim üçün çox gərgin 3 gün oldu. Əsas məqsədimiz SF21-i tanımaq idi və buna nail olduq. Keçən ilə nisbətən inkişaf etmişik. Hazırda neçənci komanda olduğumuzu deyə bilmərəm, çünki test barədə söz demək çətindir. Mövsümün ilk yarışına hazır olmaq üçün bütün məlumatları təhlil etməliyik. Görüləcəl çox iş var.

Şarlla Carlosun işlərindən və münasibətlərindən razı qaldım. Sayns komandaya tez öyrəşdi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*