Peres Meksikanın Televisa telekanalına müsahibəsində bildirib ki, Cadillac-ı Formula1-də ön sıralara çıxarmaq üçün vaxt lazım olacaq və o, komandada bu qədər uzun müddət çıxış etməyi planlaşdırmır.
Serxio Peres: “Bu layihə düşündüyümdən daha çox vaxt aparacaq. Dəqiq neçə ilə ehtiyac olacağını demək çətindir, amma düşünürəm ki, Formula1-də uzun müddət qalmaq fikrində deyiləm.
Formula1-i yaxşı başa düşənlər mənim nəyə qadir olduğumu bilirlər. Mənim üçün özümə sübut etmək çox vacib idi ki, son illərdə əsl səviyyəmi göstərməyə şərait mane olurdu. Başa düşürəm ki, karyeram başlanğıcdan daha çox sona yaxındır, buna görə də qalan hər Qran Pridən maksimum zövq almaq istəyirəm, çünki Formula1-də çıxış etmək həmişə arzum olub.
Uşaqlar karyeramı başa vurmaq barədə düşünməyə vadar edən yeganə amildir. Məsələn, Fernando Alonso kimi uzun müddət çıxış etmək istərdim, amma indi övladlarım elə yaşdadırlar ki, onlarla daha çox vaxt keçirmək istəyirəm.
Məni avtoidmandan kənardakı layihələr də maraqlandırır. Formula 1-dən başım dik ayrılmaq istəyirəm. Düşünürəm ki, karyeramı nə vaxt başa vuracağım artıq çox yaxın zamanda məlum olacaq”.





