S.Peres halonu bəyənir?

Force İndia komandasının sürücüsü Serxio Peres bildirib ki, halo sisteminə 3-4 yarış ərzində öyrəşəcək.

F-1.az xatırladır ki, gələn ildən etibarən sürücülərin başını qorumaq üçün halo sistemindən istifadə ediləcək.

Serxio Peres: “Halo aerodinamik cəhətdən bizə çox yaramayacaq, amma bütün komandalar üçün keçərlidir deyə heç nə itirməyəcəyik. Ümid edirəm ki, gələn il komandalar arasındakı fərqlər azalar və daha yaxşı nəticələr qazanarıq. Bundan başqa bir neçə yarışdan sonra halo barədə danışılmasını istəmirəm. FİA bu barədə cəsarətli qərar verdi və təhlükəsizlik cəhətdən vacib idi. Əgər son 10 ildə bütün seriyalarda halo olsaydı, bəlkə də bir neçə həyatı xilas etmək mümkün olardı. Görək nə olur. Ümid edirəm ki, gələn il bu barədə danışmarıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*