S.Peres: Əlimdən gələni edəcəm

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, sıralanma turunda etdiyi səhvə görə məyusdur.

F-1.az xatırladır ki, meksikalı sürücü Kanadadakı sıralanma turunda zəif təsir bağışlayıb və güc-bəla ilə ikinci sessiyaya çıxıb. İkinci sessiyada isə bolidin idarəetməsini itirərək, bariyerlərə çırpılıb və mübarizəni dayandırıb. Beləliklə, Peres yarışa 13-cü yerdən başlayacaq.

Serxio Peres: “Bütün komandadan üzr istəyirəm. Daha yaxşı yer qazana bilərdik. Buna görə heyif oldu və komanda üçün məyusam. Bir səhv elədim və bolid sürüşərək divada çırpıldı. Artıq yarışı düşünməliyəm. Yarış üçün yaxşı hazırlanmalı və xal almaq üçün əlimdən gələni etməliyəm. Yarışda zərəri minimuma endirməyə çalışacam. Görək nə olur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*