S.Peres 99 faiz yarışacaq

Koronavirusa görə son iki yarışı buraxmalı olan Serxio Peres İspaniya Qran Prisində 99 faiz qayıdacaq.

F-1.az bildirir ki, meksikalı sürücü yaxın günlərdə növbəti dəfə koronavirus testindən keçəcək və bu testin neqativ çıxması gözlənilir. Belə olan halda Çeko növbəri İspaniya Qran Prisində yarışa biləcək.

Otmar Safnauer: “Bədənindəki virus miqdarı hər test azalır. Növbəti testin neqativ çıxacağını düşünürəm. Barselonada yenidən sükan arxasına keçəcək. Amma bu, proqnozdur və baş verməyə də bilər. Buna görə də Hülkenberqi hələ də gözlədirik. Əgər Peres qayıda bilməsə, Niko yarışacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*