Daha bir təqdimat tarixi məlum olub

Racing Point komandası yeni bolidini təqdim edəcəyi tarixi açıqlayıb.

F-1.az komandanın mətbuat xidmətinin yaydığı relizə istinadən bildirir ki, komanda yeni bolidini fevralın 17-də Barselonada mövsümöncəsi testlərdən iki gün əvvəl təqdim edəcək.

Xatırladaq ki, kanadalılardan əvvəl daha beş komanda təqdimat tarixini açıqlamışdı – Ferrari, Red Bull, McLaren, Alpha Tauri və Haas komandaları da yeni maşınlarını mövsümöncəsi testlərə qədər göstərəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*