S.Fettel: Pozitiv gün idi

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, cümə günü pozitiv keçib.

F-1.az xatırladır ki, komandalar Amerikada cümə günü Pirelli-nin 2023-cü il təkərlərini də test ediblər.

Sebastyan Fettel: “Bu həftəsonu sərbəst yürüşlərdə öyrənəcək çox şey yox idi. Çünki Pirelli-nin təkər testlərini reallaşdırdıq. Yenə də trasda vaxt keçirmək faydalı oldu.

Bu tras gözəldir və burada çox sürməkdən həzz alıram. Birinci sərbəst yürüşlərdə yarış tempinə fokuslandıq. Cümə günündən istədiyimizi aldıq. Ümdi edirəm ki, sıralanma turunda da yaxşı tempimiz olar.

Bolidin sazlanmalarında bəzi dəyişikliklər etməliyik. Xüsusən də balansda… Küləyə görə işimiz çətin olacaq. Süzgünz sazlanmanı tapmalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*