F.Alonso: DRS probleminə görə itirdim

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, DRS probleminə görə bir az vaxt itiriblər.

F-1.az xatırladır ki, “yaşıllar” Azərbaycandakı sıralanma turunda o qədər güclü görünməyiblər. Bunun da səbəbi hər iki maşında da yaşanan DRS problemi olub. Azərbaycan kimi uzun düzlükləri olan trasda bu problemin yaranması isə faciə sayıla bilər. Buna görə də Alonso sessiyanı 6-cı yerdə başa vurub.

Fernando Alonso: “Xoşbəxtəm, amma daha yaxşı ola bilərdik. Birinci sərbəst yürüşlərdə və sıralanma turunda DRS problemi yaşadıq. Bu da bizim vaxt itirməyimizə səbəb oldu. Fərqlər çox yaxındır. Yəni ki, DRS problemi olmasa, daha yuxarı pillərlərdə idik. Ancaq hələ cümə günüdür. Bizi uzun bir həftəsonu gözləyir. Bu gün növbəti sıralanma turu və başqa bir yarış olacaq. Sabah isə əsas yarış var. Yəni ki, fürsətlərimiz hələ çoxdur. Ümid edirəm ki, bir neçə yer qazanarıq”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*