Rəsmən: Fernando Alonso karyerasını bitirir

McLaren komandasının sürücüsü Fernando Alonso ilin sonunda Formula1 karyerasını bitirir.

F-1.az bildirir ki, ispaniyalı sürücü sosial şəbəkələrdə yaydığı video ilə Formula1-dən ayrılacağını açıqlayıb…

Fernando Alonso: “Bu gözəl idmanda 17 il keçirdim və artıq dəyişiklik etməyin vaxtıdır. Bu gözəl illərin hər dəqiqəsindən həzz aldım və bunda qatqısı olan bütün insanlara təşəkkür edirəm. Bu mövsüm hələ bir neçə yarışımız olacaq və o yarışlarda bütün qüvvəmlə iştirak edəcəm. Görək gələcəkdə necə olacaq. Hələ həyəcanverici mübarizələr olacaq. Həyatımın ən gözəl zamanlarından birini yaşayıram. Lakin yeni macəralara yönəlməliyəm.

McLaren-də hamıya təşəkkür edirəm. Qəlbim sona qədər komanda ilə olacaq. Gələcəkdə daha güclü ola biləcəklərinə inanıram və mənim üçün seriyaya qayıtmaq üçün də zaman ola bilər. McLaren-də yaxşı dostlarım oldu. Mənə başqa seryalarda yarışmaq şansı verdilər. Hazırda hərtərəfli sürücü olduğumu hiss edirəm.

Bu qərarı bir neçə ay əvvəl verdim. Çeyz Keri və Liberty Media fikrimi dəyişmək üçün əllərindən gələni etdilər. Onlara da təşəkkür edirım. Son olaraq, köhnə komandalrıma və komanda yoldaşlarıma, tərəfdaşlarıma, jurnalistlərə, rəqiblərimə və Formula1 karyeram ərzində bir yerdə işlədiyim hər kəsə təşəkkür edirəm. Xüsusən də bütün dünyadakı fanatlarıma. Əminəm ki, yollarımız yenidən kəsişəcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*