L.Norris: Kanadada əlimdən gələni edəcəm

McLaren komandasının sürücüsü Lando Norris Kanadada xal seriyasının davam etdirmək istəyir.

F-1.az xatırladır ki, britaniyalı sürücü Barselonadan bəri bütün yarışlardan xalla ayrılıb. Gənc sürücü bu il ümumilikdə 8 yarışın 6-dan xal qazanıb.

Lando Norris: “Kanadaya geri qayıdacağım üçün həyəcanlıyam. Orada ikinci dəfə yarışacam. Buna görə də kanadalı azarkeşlərin önündə trasa çıxmaq gözəl olacaq.

2019-cu ildəki yarış istədiyim kimi bitməmişdi. Buna görə də trasa çıxıb əlimdən gələni etmək üçün səbirsizlənirəm. Simulyatorda da çoxlu işləmişəm. Yeni bolidlərlə mübarizəyə hazıram.

Bakı küləkli havaya görə çətin keçdi və tam heyətlə xal almaq çox vacib idi. Daha ayaxşı nəticələr qazanmaq üçün görüləsi işlər var. Ümid edirəm ki, Kanadadan xalla ayrılarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*