Kanada-2018: Sıralanma turu

Belə hesab edilir ki, Monrealda poul qazanmaq çox da böyük əhəmiyyət daşımır - tras ötmələrə imkan verir və burada baş tutan son 10 yarışın altısında pouldan başlayan sürücü qələbəyə sevinib. Bu 6 qələbənin 5-i Lyuis Həmiltonun payına düşür.

F-1.az bildirir ki, mövsümün yeddinci yarışına motor istehsalçıları yeniliklər gətiriblər. Lakin Mercedes müştəriləri bu dəfə yenilənmiş motorları ala bilməyiblər – son anda yaranan problem almanları yenilənməni təxirə salmağa vadar edib. Uzun düzlükləri olan bir trasda Red Bull-un liderlik uğrunda mübarizə aparacağını heç kim gözləməsə də, Maks Ferstappen hər üç məşq sessiyasında protkollara başçılıq edib.

Pirelli Kanadaya ən yumşaq üçlüyü – SuperSoft, UltraSoft və HyperSoft tərkibləri gətirib. Təkərlər Monako küçələrdinəkindən fərqli davranıblar. Lakin yenə də HyperSoft tərkib digər tərkiblərdən 1 saniyəyə yaxın sürətli olduğundan, sürücülər ona daha çox üstünlük veriblər.

Birinci sessiyanın ilk saniyələrində boksu tərk edən Roman Qrojanın maşınının arxasından elə pit yolundaca qatı duman çıxıb. Buna səbəb motorda yaranan problem olub və fransız sürücü üçün mübarizə başlamamış bitib. Eriksson sağ təkərləri baryerə vurub və boksa qayıtmalı olub. Bütün sürücülər HyperSoft təkərlərlə trasa çıxıblar. Fettel hamını qabaqlayıb – 1:11.710. Qrojan və Erikssonla yanaşı, Qasli, Stroll və Sirotkin də mübarizəni dayandırıblar.

İkinci sessiyada Ferrari və Mercedes sürücüləri sabah yarışa bu təkərlərlə başalamaq üçün ilk cəhdlərini UltraSoft-larla ediblər. İkinci cəhdlərinə onlar da digərləri kimi, HyperSoft təkərlərlə çıxıblar, lakin nəticələrini yaxşılaşdırmayıblar. Protokollara Rikkardo başçılıq edib – 1:11.434. Maqnussen, Hartli, Lekler, Alonso və Vandorn ilk onluqdan kənarda qalıblar.

Son sessiyada hamı boksları HyperSoft təkərlərlə tərk edib. Fettel ilk cəhdində 1:10.776-lıq fantastik nəticə göstərərək ən yaxın izləyicisi Bottası 0.08 saniyə qabaqlayıb. Force İndia sürücüləri ilk cəhdlərini buraxıblar. Rəykkönen ikinci cəhdin əvvəlində səhvə yol verib və sürətini azaldıb. Fettel nəticəsini bir qədər də yaxşılaşdırıb – 1:10.764. Bu, trasın yeni mütləq rekordudur.

Sebastyan Fettel bu mövsüm dördüncü, karyerasında isə 54-cü poulunu əldə edib. Valtteri Bottas ikinci olaraq sabahkı yarışa ilk cərgədən başlamağa haqq qazanıb. Üçüncü və dördüncü yerləri isə müvafiq olaraq, Maks Ferstappen və Lyuis Həmilton tutublar.

Sabah bizi Bakı vaxtı ilə saat 22:10-dan etibarən çox gərgin yarış gözləyir.

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 5 Sebastyan Fettel Ferrari 1 1:11.710 7 4 1:11.524 5 1:10.764 6
2 77 Valtteri Bottas Mercedes AMG 4 1:11.950 6 3 1:11.514 8 1:10.857 6
3 33 Maks Ferstappen Red Bull 5 1:12.008 4 2 1:11.472 6 1:10.937 6
4 44 Lyuis Həmilton Mercedes AMG 3 1:11.835 8 6 1:11.740 7 1:10.996 6
5 7 Kimi Rəykkönen Ferrari 2 1:11.725 7 5 1:11.620 6 1:11.095 7
6 3 Daniel Rikkardo Red Bull 6 1:12.459 6 1 1:11.434 6 1:11.116 6
7 27 Niko Hülkenberq Renault 12 1:12.795 3 7 1:11.916 6 1:11.973 6
8 31 Esteban Okon Force İndia 7 1:12.577 5 9 1:12.141 6 1:12.084 3
9 55 Karlos Sayns Renault 10 1:12.689 3 8 1:12.097 6 1:12.168 6
10 11 Serxio Peres Force İndia 11 1:12.702 5 10 1:12.395 5 1:12.671 3
11 20 Kevin Maqnussen Haas 9 1:12.680 12 11 1:12.606 10
12 28 Brendon Hartli ToroRosso 8 1:12.587 10 12 1:12.635 7
13 16 Şarl Lekler Sauber 13 1:12.945 12 13 1:12.661 10
14 14 Fernando Alonso McLaren 14 1:12.979 8 14 1:12.856 6
15 2 Stoffel Vandorn McLaren 15 1:12.998 8 15 1:12.865 6
16 10 Pyer Qasli Toro Rosso 16 1:13.047 8
17 18 Ləns Stroll Williams 17 1:13.590 8
18 35 Sergey Sirotkin Williams 18 1:13.643 10
19 9 Markus Eriksson Sauber 19 1:14.593 6
20 8 Roman Qrojan Haas 20 0
, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*